13 oktyabr 2016 11:00
Azərbaycan Estoniyaya qarşı
Bu gün Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandası AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində son matçına çıxacaq. Azerisport.az xəbər verir ki, 3-cü qrupda yer alan millimiz Estoniya ilə qarşılaşacaq.
Qeyd edək ki, bu oyun qrup üçüncüsünü müəyyənləşdirəcək. Çünki millimiz Macarıstana (0:3) və Polşaya (0:4) böyük hesablarla uduzduğu kimi, estonlar da əvvəlki oyunlarını məğlub başa vurublar.
17:00. Azərbaycan - Estoniya
Qrupdakı vəziyyət: Polşa, Macarıstan - 6, Azərbaycan, Estoniya - 0.
