13 oktyabr 2016 01:00
Qarabağın rəqibindən kubokda 5:1 hesablı qələbə
Futbol üzrə Çexiya Kubokunda üçüncü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Pişek"lə qarşılaşıb. Oyun "Slovan"ın 5:1 hesablı qələbəsi ilə nəticələnib. Nəticədə, bu komanda növbəti mərhələyə vəsiqə qazanıb.
