13 oktyabr 2016 00:55
Eddi İsrafilovun komandasını kubokdan uzaqlaşdırdılar
Futbol üzrə İspaniya Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Kordoba" ilə qarşılaşıb. Oyun futbolçumuzun klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Nəticədə, "Kadis" ölkə kubokunda mübarizəni dayandırmalı olub.
Ötən gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yığmamızın heyətində Çexiyaya qarşı mübarizə aparan Eddi bu üzdən "Kadis"ə kubok qarşılaşmasında kömək edə bilməyib.
