Rasim Ramaldanov: Gürcüstanda hamı Azərbaycan yığmasından danışır
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanov millimizin DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Üç oyuna 7 xal əla nəticədir. Növbəti oyun gələn ay Şimali İrlandiyaya qarşı olacaq. Mən bu komandaya qarşı millimizin heyətində mübarizə aparmışam. Səfərdə onlarla 1:1 hesablı heç-heçəyə nail olmuşduq. Həmin oyunu yaxşı xatırlayıram. Çünki mənim ilk səfər oyunum idi. Belfastdakı arenada möhtəşəm atmosfer var idi. Ümid edirəm ki, millimizin oraya ikinci səfəri də uğurlu alınacaq. Onları məğlub etmək olar. Qrupdan çıxmaq şansımıza gəlincə, indidən heç kim dəqiq proqnoz verə bilməz. Gürcüstanda hamı Azərbaycan yığmasından danışır. Hər dəfə millimizin uğurlu nəticəsinə görə məni təbrik edirlər. Bu, çox xoşdur".
