13 oktyabr 2016 00:10

Mərhum jurnalistin anası: Oğlumun qanı yerdə qaldı

Xəbər verdiyimiz kimi, mərhum jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxılıb. Azerisport.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Adəm Məmmədovun şikayəti təmin edilib. Bununla da, Cavid Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.
 
Futbolçu Cavid Hüseynovun azadlığa çıxmasına münasibət bildirən mərhum jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva bu qərarın gözlənilməz olduğunu deyib: "Cavidin azadlığa çıxması çox pis təsir elədi. Hələ də özümə gələ bilmirəm. Nə qədər haqsızlıq olduğunu bu gün hamı gördü. Onsuz da onun maddəsi yalan idi, dəyişdirilmişdi. Cavid təşkilatçı idi. Yəqin maddə ona görə dəyişdirilib ki, Cavidi indi belə aradan çıxarsınlar. Həkimləri də belə aradan çıxardılar. Heç ümidim yoxdur ki, o tutulan 5 nəfər həbsdə qalsın. Onları da bu cür azad edəcəklər”.
 
"Artıq bizim üçün də yaşamaq qorxuludur. Kimin adamı, gücü var, belə aradan çıxır. Rasimimin qanı yerdə qaldı”, - deyə T.Əliyeva əlavə edib. (ann.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.