12 oktyabr 2016 18:30
Roman Qriqorçuk: Cavid Hüseynovla tezliklə görüşmək istəyirəm
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandasının yarımmüdafiəçisi Cavid Hüseynovun həbsdən azad olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sadəcə onu deyə bilərəm ki, buna həddən çox sevindim. Tezliklə onu görmək istəyirəm. İstəyirəm ki, tez bir zamanda məşqlərə başlasın. Onun hansı vəziyyətdə olduğunu bilmək üçün 3-4 gün izləməliyəm. Amma heç bir tələsən yerimiz yoxdur".
