12 oktyabr 2016 18:00
Kəpəz məşqləri bərpa etdi
Topaz Premyer Liqasının 8-ci turunda AZAL-la qarşılaşacaq “Kəpəz” bu gündən məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, Bakıda hazırlıq keçən komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir.
“Sarı-göylər”in oktyabrın 13-14-ü tarixlərində keçiriləcək məşqləri də eyni ünvanda olacaq. Hazırlıq prosesi saat 11:00-da başlayacaq.
“Kəpəz”in oyun öncəsi son məşqi matçın keçiriləcəyi “AZAL Arena”da saat 15:30-da olacaq.
