12 oktyabr 2016 15:45
Yoahim Löv: Azərbaycan ilə oyun liderlərin qarşılaşması olacaq
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı gələn ilin mart ayında keçiriləcək oyunlarından söz açıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim əsas hədəfimiz hər oyundan qələbə ilə ayrılmaqdır. Hazırda əsas izləyimiz Azərbaycandır. Gələn ilin martında bu komandaya qarşı Bakıda keçirəcəyimiz oyun bir növ liderlərin qarşılaşması ola bilər". (T-Online.de)
