12 oktyabr 2016 15:15

Qara Qarayev: Almaniya ilə yox, özümüzlə rəqabət aparırıq

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Matçla bağlı nə deyə bilərsən?
- Norveçlə oyundan sonra yaxşı ab-hava var idi. Bunu qorumağa çalışırdıq. Ağır oyun oldu. Əsas odu ki, xal qazandıq.

- Qarşılaşmanın ilk dəqiqələrində həyəcanlı görünürdün...
- Xeyr, həyəcan yox idi. Sadəcə, komanda yoldaşlarıma daha çox paslaşıb, topu özümüzdə saxlamaq istəyirdik. Bəzi səhlər oldu. Fikrimcə, normal idi, amma etməməliydim.

- Havanın yağışlı olması bizə, yoxsa rəqibə sərf etdi?
- Bu, tempin sürətli olmasına şərait yaradırdı. Biz də dayanmırdıq. Havanın soyuq olması daha çox qaçmağımıza səbəb olurdu.

- Azərbaycanın müdafiəsini Avropada ən etibarlılardan saymaq olar?
- Belə düşünmürəm. Son iki oyunda bəxtimiz də gətirdi. Düzdü, əziyyət çəkmişik, amma təkəbbürlüyə ehtiyac yoxdu. Bəzən elə epizodlar olurdu ki, rəqib real şansdan yararlana bilmirdi.

- 3 oyuna 7 xal gözləyirdin?
- Açığı, mənim üçün surpriz oldu. Kiçik də olsa, bu da bir uğurdur.

- Almaniya qalib gəlib, vahid liderliyə yüksəldi. Təəssüflənirsiniz?
- (gülür) Biz də komanda yoldaşlarımızla zarafat edirdik ki, Almaniyanı özümüzdən irəli buraxdıq. Amma sözsüz, Almaniyanın gücü hamıya bəllidi. Biz onlarla rəqabətə çıxmamışıq, özümüzlə rəqabət aparırıq. Daha da çox inkişaf etmək, nəticə qazanmaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.