12 oktyabr 2016 14:00
Tomaş Sivok: Azərbaycanla oyunda çoxlu qol şansımız oldu
Futbol üzrə Çexiya yığmasının müdafiəçisi Tomaş Sivok DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu (0:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu oyunda nə istədiyimizi yaxşı bilirdik. Buna görə də bütün oyunu hücumda keçirdik. Təəssüf ki, çoxlu qol şansımız olsa da, onların heç birindən yararlana bilmədik. Seçmə mərhələyə yaxşı başlamaq istəyirdik. Amma hər şey həmişə plan üzrə getmir. Heyətdə yeddi dəyişiklik edilib və bu, təsirini göstərir".
