Azərbaycan Avropada 37-ci oldu
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan U-21-i Avropada 37-ci olub.
Yaşar Vahabzadənin komandası seçmə mərhələni 9 xalla başa vurdu. Millimiz bütövlükdə 15 ölkə komandasını qabaqlayıb ki, belələrinin arasında Rusiya, Şotlandiya, Şimali İrlandiya, Belarus, Qazaxıstan və Ermənistan da var.
Qeyd edək ki, seçmə mərhələdə qitənin 52 ölkəsinin komandası mübarizə aparırdı. AÇ-2017-nin final mərhələsində bu komandalar mübarizə aparmaq hüququ qazanıblar: İngiltərə, Makedoniya, Danimarka, Almaniya, İtaliya, Portuqaliya, Slovakiya, Çexiya və qitə birinciliyinə ev sahibliyi edəcək Polşa.
AÇ-yə daha iki vəsiqənin sahibini Avstriya, İspaniya, Norveç və Serbiya arasında baş tutacaq pley-off oyunları müəyyənləşdirəcək.
