Araz Kosovo çempionuna tək qolla qalib gəldi
Azərbaycan çempionu “Araz” futzal üzrə UEFA kubokunun əsas mərhələsində bu gün ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz Makedoniyanın Skopye şəhərindəki Boris Traykovski adına İdman Mərkəzində Kosovo çempionu “Feniks”lə qarşılaşıb.
Təmsilçimiz ötən gün baş tutan ilk turda Gürcüstanın "Tiflis Dövlət Universiteti" komandası ilə qarşılaşıb və 7:1 hesablı qələbə qazanıb. "Feniks" isə meydança sahibi - Makedoniya "Jelezarets"inə qalib gəlib - 5:0.
Naxçıvan klubu ikinci oyunundan da qalib ayrılıb. Amma bu dəfə qələbə üçün yalnız 1 qol yetərli olub. Nəticədə, təmsilçimiz xallarının sayını 6-ya çatdırıraq, qrup liderliyini davam etdirir.
Turun digər oyununda TDU ilə "Jelezarets" qarşılaşacaq.
UEFA Kuboku, əsas mərhələ
2-ci qrup
12 oktyabr
"Araz" - "Feniks" - 1:0 (1:0)
Qol: X.Bağırov, 11 (1:0).
"Araz" bu oyunda aşağıdakı heyətlə mübarizə aparır: Rövşən Hüseynli, Everton, Eduardo, Bolinya, Vassura - Anar Məmmədov, Fabio Poletto, Ramiz Çovdarov, Rizvan Fərzəliyev (k), Xətai Bağırov, İsa Atayev, Oqtay Rüstəmli.
