12 oktyabr 2016 12:00
Tomaş Vatslik: Azərbaycana böyük hesabla qalib gəlməli idik
Çexiya yığmasının qapıçısı Tomaş Vatslik DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu (0:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyun xoşuma gəlmədi. Daha artığına nail olmaq istəyirdik. Azərbaycan müdafiədən oynadı, əks-hücum şanslarını gözlədi. Qol vursaydıq, böyük hesabla qalib gələ bilərdik. Şübhəsiz ki, Çexiya yığmasının oyunçuları rəqibin futbolçularından daha yaxşı idi. Təəssüf ki, komandamız hazırda turnir cədvəlinin alt pillələrindədir. İrəliləmək üçün qalib gəlmək lazımdır. Növbəti oyunda Norveçi məğlub etməliyik. Komandada nəyinsə çatışmadığını düşünmürəm. Ermənistana qarşı yoxlama oyununda əla oynamışdıq. Amma seçmə mərhələdə hələ də qələbə qazana bilməmişik".
