12 oktyabr 2016 11:20
Millimiz və Kamran Ağayev rekorda doğru
Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Çexiya ilə qolsuz heç-heçəyə imza atmaqla seçmə mərhələlər tarixindəki bir sıra göstəricilərini yaxşılaşdırıb. Azerisport.az xəbər verir ki, millimiz indiyə qədər iştirak etdiyi 12 Avropa və dünya çempionatının seçmə mərhələsindən heç birində ilk üç oyundan 7 xalla ayrıla bilməmişdi.
Eyni zamanda millimizin qapıçısı Kamran Ağayev artıq üç oyundur qapısında qol görmür.
Bütövlükdə, bu tsikldə topladığımız 7 xal Azərbaycanın seçmə mərhələlər tarixində ikinci nəticədir. DÇ-2014-də millimiz 9, AÇ-2012-də isə 7 xal toplamışdı.
