12 oktyabr 2016 11:10
Azərbaycan İngiltərə, Fransa, İtaliya və İspaniya ilə bir sırada
DÇ-2018-in seçmə qrup mərhələsində üçüncü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması geridə qalan turlarda 7 xal toplayıb.
Millimizlə yanaşı, eyni göstəriciyə imza atan komandalar bunlardır: Fransa, İsveç, Serbiya, İrlandiya, Çernoqoriya, Polşa, İngiltərə, İspaniya, İtaliya, Xorvatiya, İslandiya.
Maksimum xal toplayan komandalar isə İsveçrə, Almaniya, Belçika və Yunanıstandır.
