12 oktyabr 2016 03:00

Maksim Medvedev: İkinci pillədə sonadək qalmaq şansımız var

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı səfər oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Matçla bağlı nə deyə bilərsiz?
- Yaxşı oynadıq. Matça heç bir təzyiq hiss etmədən çıxmışdıq. Buna görə də futbolçular meydanda təşkilatlanmış, ağıllı oyun sərgilədilər. Çexlərin güclü tərəflərini bilirdik, buna qarşı tədbirlər görürdük. Bu da pis alınmadı. Eyni zamanda özümüz də hücumlar edirdik. Bir neçə yaxşı əks-hücumumuz oldu. Ancaq təəssüf ki, onları qola çevirə bilmədik. Bir xal qazandıq. İndiki məqamda bu bir xal da bizim üçün çox vacibdir. Bu heç-heçə növbəti matçlarımızda həlledici rol oynaya bilər.

- Matçın ilk 5-10 dəqiqəsini çıxmaq şərtilə, çexlərin elə də qorxulu olmadığını demək olar?
- Onlar doğma meydanda oynayırdılar. Ola bilsin ki, özlərinə güvənirdilər. Yəqin ki, bizim Norveçlə oyunumuzu da izləmişdilər. Hətta baş məşqçiləri də demişdi ki, Azərbaycanın oyunu bizi təəccübləndirmədi və onlardan çəkinmirik. Amma futbolda hər şey olur. Rəqibi düzgün qiymətləndirmək lazmdır. Qarşındakı rəqibin kim olmasından asılı olmayaraq, bütün oyunlara eyni hazırlaşmalısan.

- Bu oyunda qazandığınız bir xalın həlledici olacağını deməklə nəyi nəzərdə tutursunuz?
- Geridə cəmi 3 oyun qalıb ki, onların ikisini səfərdə keçirmişik. Evdə daha çox oyunumuzun qaldığını nəzərə alsaq, daha çox xal toplaya bilərik. Mənim üçün Norveç, Çexiya və Şimali İrlandiya eyni gücdə olan komandadır. Bu komandalar çox xal itirsələr, bizim üst pillələrdə qalmaq şansımız var.

- Artıq Azərbaycanın qrup ikinciliyi uğrunda mübarizə aparacağını söyləmək olar?
- Şans var. Hətta nəzəri cəhətdən birinci yerə də iddia edə bilərik. Amma biz elə oyun sərgiləməliyik ki, təckə müdafiə olunmayaq, hücum edib, qol vurmaq da lazımdır. Fikrimcə, hücumda daha effektli oynamağı bacarsaq, növbəti oyunlarda daha çox xal toplamağımız realdır.

- Müdafiədə itkilərin olmasına baxmayaraq, komandamız üç oyundur qol buraxmır...
- Mən çexlərlə heç-heçədən daha çox qol buraxmamağımıza sevinirəm. Müdafiə xəttimizdə çıxış edən futbolçular "Qarabağ" və "Qəbələ"nin heyətində beynəlxalq təcrübəyə də malikdir. Bu, bizə çox kömək edir. Hətta balacaboy Mirzəbəyovla Daşdəmirov da rəqibə topla istədiyi kimi oynamağa imkan vermir. Bu da qol buraxmamağımıza kömək edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.