12 oktyabr 2016 02:20
Kamran Ağayev: Qələbə də qazana bilərdik
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı səfər oyunundan (0:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu komandaya inanmaq lazımdır. Belə olan halda nəticə də olacaq. Bu dəfə də inamlı çıxış etdik. Qələbə də qazana bilərdik. Amma heç-heçə də pis nəticə deyil. Bu, hələ son deyil. Qarşıda çox oyunumuz var. Əsas odur ki, zədəm olmasın".
