12 oktyabr 2016 02:10
Rəşad Sadıqov: Uşaqlar əjdaha kimi vuruşdu
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı səfər oyunundan (0:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, matçı kənardan izləyən təcrübəli futbolçu bunları söyləyib:
"Uşaqlar əjdaha kimi vuruşdu. Onların hamısı qəhrəmandır. Rəqib 90 dəqiqə komandamızı təzyiq altında saxlasa da, futbolçularımız duruş gətirdilər. Əlbəttə, mən də meydanda olmaq istərdim. Amma kimin oynaması önəmli deyil. Əsas odur ki, daha bir xal qazandıq".
