12 oktyabr 2016 02:00

Robert Prosineçki: Qələbə qazanmaq istəsək də, qismət bu imiş

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı səfər oyunundan (0:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə bunları söyləyib:

- Oyundan öncə bizi çətin qarşılaşma gözlədiyini demişdim. Düşündüyüm kimi də oldu. Heç bir milli burda rahat oynaya bilmir. Ancaq bu rəqibdən qorxmadığımızı, sonadək oynayacağımızı da bildirmişdm. Oyunçularımı təbrik edirəm. Bura gəldiyim gündən həmişə futbolçularıma inanmışam. Yəqin qəbul edərsiz ki, bu gün kiçik möcüzənin şahidi olduq. Bizim üçün böyük gün idi. 3 oyundan sonra hesabımızda 7 xal var. Qapımızdan bir qol da buraxmamışıq. Çalışacağıq ki, növbəti - Şimali İrlandiya ilə səfər oyunundan da uğurlu nəticəylə qayıdaq.

- Kapitanın yoxluğunda riskli rotasiya edib, çətin səfərdən xalla qayıdan Prosineçki bir az daha riskə gedərək, bu oyundan 3 xalla ayrıla biləcəyini düşünmür ki?
- Rəşad oynaya bilmədi, çünki dizində cüzi də olsa, zədəsi var idi. Onun yerində Bədavi Hüseynov oynadı. Onun oyunundan tam razı qaldım. Ramil Şeydayevin də oyunundan razı qaldım. Yəqin ki, siz də razı qaldız. Gənc oyunçu olsa da, çox yaxşı təsir bağışladı. Bu gün qalib gəlmək istəyərdim, ancaq bu gün qismətimizdə heç-heçə var imiş. Rəqibin də qol fürsətləri oldu. Ancaq Kamran Ağayev möhtəşəm oyun sərgilədi. Fürsətdən istifadə edib, komandamı göstərdikləri oyuna görə bir daha təbrik edirəm.

- Namiq Ələsgərova start heyətində yer verdiz. Bu oyunçu sizcə necə təsir bağışladı. Bir də, Şeydayevin oyunundan razı qaldığınızı dediz. Sizcə, onu oyunun ən yaxşısı saymaq olar?
- Mənim fikirlərimlə razı olmaya bilərsiz. Namiq gənc oyunçudu. Məncə, həm Namiq, həm də Ramil Azərbaycan futbolunun gələcəyidi. Fikrimcə, gələn oyunlarda onların ifasında daha yaxşı oyun görəcəyik. Təkcə bu futbolçular yox, bu gün Rahid Əmirquliyev, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Ruslan Qurbanov da yaxşı oynadı. O ki qaldı oyunun ən yaxşısına, məncə, bu gün bütün komanda ən yaxşı idi. Onlar əllərindən gələni etdilər. Konkret kiminsə adını çəkməkdə çətinlik çəkirəm. Artıq 4-cü oyundu ki, Maksim mərkəz müdafiəçisi kimi oynayır. Bu oyunların 2-də qalib gəlib, 2-də heç-heçə etmişik. Onu bu mövqedə oynadanda bütün ölkə buna şübhə ilə yanaşırdı. Ancaq o, bu mövqedə çox yaxşı oynaya bildiyini sübut etdi.

- 3-cü tura yekun vuruldu. Bütün qruplarda yalnız 4 komanda – Azərbaycan, Almaniya, İngiltərə və Belçika qol buraxmayıb. Buna necə şərh verərdiz?
Çox sevincli haldı. Son iki oyunda Norveç və Çexiyaya qarşı oynamışıq. Püşkatmadan dərhal sonra ən çətin qrupa düşdüyümüzü demişdim. Mənə elə gəlir ki, o vaxt kimsə desəydi ki, 3 turdan sonra 7 xalla 2-ci pillədə qərarlaşacağıq, bunu yuxu kimi qəbul edərdilər. Ancaq azərbaycanlı oyunçular da futbol oynaya bildiklərini sübut etdilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.