11 oktyabr 2016 20:30
Fabio Vitaoli: Norveçə qalib gələn komanda Çexiyadan da xal ala bilər
San Marino yığmasının müdafiəçisi Fabio Vitaoli Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirəcəyi oyundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycanın yaxşı komandası var. Bunu onların bizə qarşı keçirdiyi oyunda da gördüm. Bu komandanın Norveçə də uduzmayacağını düşünürdüm. Elə də oldu. Biz isə Şimali İrlandiya ilə oyunda da uğur qazana bilmədik. Çexiya - Azərbaycan matçı ilə bağlı proqnoz vermək çətindir. Amma mənə elə gəlir ki, Norveçə qalib gələn komanda Çexiyadan da xal ala bilər. Azərbaycan hətta Norveçdən də səfərdə xal almaq iqtidarındadır".
