11 oktyabr 2016 19:25
Tural Cəlilov: Milliyə Çexiya ilə oyunda da inanıram
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Tural Cəlilov millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmamız barədə ancaq xoş sözlər söyləmək olar. Hər şey göz önündədir. San Marino və Norveçə qarşı yaxşı oyun keçirib qalib gəldilər. Çexiya ilə matçın heyətində dəyişiklik olacaq. Çünki yorğunluq var. Norveçlə oyun cəmi üç gün öncə baş tutub. Amma komandamıza bu oyunda da inanıram".
