11 oktyabr 2016 18:00
Eduardo: Arazın hədəfi UEFA Kubokuna vəsiqə qazanmaqdır
Futzal üzrə Azərbaycan çempionu "Araz"ın oyunçusu Eduardo UEFA Kubokunun seçmə mərhələsində Kosovo, Gürcüstan və Makedoniya klublarına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kifayət qədər maraqlı qrupumuz var. Rəqiblərimiz güclüdür. Xüsusilə də meydança sahiblərinə - makedoniyalılara qarşı mübarizə aparmaq çətin olacaq. Amma biz bütün çətinliklərə hazırıq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün bütün oyunlardan qalib ayrılmalıyıq. Qrupda birinci yeri tutmağı hədəfləmişik. Komandamızın əsas hədəfi UEFA Kubokuna vəsiqə qazanmaqdır. "Araz"ın heyəti dəyişsə də, yenə çox güclüyük".
