11 oktyabr 2016 16:40

Qara Qarayev: Bizim daha güclü rəqiblərlə matçlarımız hələ qarşıdadır

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Norveç üzərində qələbəni (1:0) komandamız xüsusi bayram etdi. Bu, indiyə qədər belə böyük uğurlarımızın olmamasından irəli gəlirdi?
- Ola bilsin ki, bu oyunda çox güc sərf etdiyimizə və ya bizə az adam inandığına görə idi.

- San Marinoya da çətinliklə qalib gəlmişdiniz, Norveçlə qarşılaşmada da parlaq futbol sərgiləmədiniz. Sizə elə gəlmir ki, inamsızlıq bundan qaynaqlanır?
- Razıyam. Amma istənilən halda biz bu oyunlarda nəticə qazanmağı bacardıq. Fikrimcə, bundan sonra bizə daha çox inanan olacaq. Əsas məsələ bu mərhələni eyforiyasız keçməkdir. Onu da nəzərə almalıyıq ki, qrupdakı daha güclü rəqiblərlə oyunlarımız hələ qarşıdadır.

- Bu, nəyisə dəyişir?
- Özümüzü aldatmamalıyıq. San Marinodan başqa bütün rəqiblərimiz bizdən güclüdür. Bu komandalardan birinə doğma meydanda qalib gəlməyimiz sevindiricidir. Necə çətin qrupa düşdüyümüzü də məhz indi anlamağa başlamışıq.

- Komandamız bu oyuna necə hazırlaşıb?
- Yəqin ki, futbolçularda hansısa eyforiya olduğunu hiss etməmisiz. Amma uşaqlarda öz güclərinə inam var. Bu, nəyə desən dəyər. Güclü rəqibə qarşı layiqli mübarizə aparmağa çalışacağıq. Onlar əvvəlki oyunlarda 5 xal itiriblər. Bu üzdən də ilk qələbələrini qazanmağa çalışacaqlar.

- Razısız ki, Çexiya ilə oyunda Norveçlə matçdakı taktika ilə oynamağımız sizə uğur gətirməyə bilər?
- Bunu oyun göstərəcək. Hücumda daha fəal olmalı, diqqətli oynamalıyıq.

- Oyundan öncə sizin meydana çıxmayacağınızı, amma matçın heç-heçə bitəcəyini desələr, razılaşarsınız?
- Bu, bizim üçün əsl hədiyyə olardı (gülür). Üç oyuna yeddi xal sadəcə, super olar. Amma heç kim bizə belə hədiyyə edən deyil. Meydana çıxıb, əziyyət çəkib, uğur qazanmağa çalışmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.