Kamranla Emin üçün yeni baş məşqçi
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə yarımmüdafiəçi Emin Mahmudovun çıxış etdiyi Portuqaliyanın "Boavişta" klubunun yeni baş məşqçisi bəlli olub. Azerisport.az xəbər verir ki, ötən gün Ervin Sançeslə yollarını ayıran Portuqaliya təmsilçisinə bundan sonra Migel Leal başçılıq edəcək.
Məlumatı klubun rəsmi saytı yayıb. 51 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Leal artıq bu gün yeni komandasını ilk məşqə çıxaracaq. Azərbaycanlı futbolçular isə millimizin Çexiya ilə DÇ-2018-in seçmə mərhələ oyunundan sonra "Boavişta"nın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, futbolçularımızın komandası Portuqaliya Premyer Liqasında geridə qalan 7 turda cəmi 8 xal toplayıblar və hazırda 18 klub arasında 13-cü pillədə qərarlaşıb.
