11 oktyabr 2016 16:00
Millimizi Çexiya ilə oyuna kim çıxaracaq?
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun zədə səbəbindən DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı forma geyməyəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, onun yoxluğunda millimizin bu gün baş tutacaq görüşdəki kapitanının kim olacağı maraqla gözlənilir.
Əldə etdiyimiz məlumata görə, Ostravadakı görüşə komandamızı kapitan kimi Rahid Əmirquliyev çıxaracaq. Çünki millimizin vitse-kapitanı məhz "Qarabağ"ın yarımmüdafiəçisidir.
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı saat 22:45-də start götürəcək.
