11 oktyabr 2016 15:40

Hakimləri döyən baş məşqçiyə 10 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif yaş qrupları üzrə uşaq komandaları arasında keçirilən oyunlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-17 Liqasında “Sumqayıt” – “İnter” matçının 53-cü dəqiqəsində “İnter”in futbolçusu Tərxan Həsənzadə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 71-ci dəqiqəsində “İnter”in digər futbolçusu Elmin Əhmədli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-17 Liqasında “Kəpəz” – AZAL matçının 54-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Fərid Sultanzadə və AZAL-ın futbolçusu Zamir Hüseynzadə bir-birilərini təhqir etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 3 oyun cəzalanıb.

U-15 Liqasında “Neftçi” İK İB – “Vətən” matçının 70+6-cı dəqiqəsində “Vətən”in futbolçusu Yusif Ağaməmmədov və “Neftçi” İK İB-nin futbolçusu Ənvər Kərimov bir-birilərini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 3 oyun cəzalanıb.

U-14 Liqasında “Təhsil” (Şəmkir) – Ağstafa Gəncləri (Ağstafa) matçının 57-ci dəqiqəsində “Təhsil”in baş məşqçisi İsmayıl Nəsibov hakimlər briqadasını təhqir etdiyinə və hakimlərə qarşı fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin “Zülfiqar 114” – “Admiral” matçının 29-cu dəqiqəsində “Admiral”ın futbolçusu Asim Şükürov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.