11 oktyabr 2016 14:40
Ruslan Qurbanov: Neftçi mənə olan borcu ödəyəcəyinə söz verib
Futbol üzrə Azərbaycan yığmasının və "Qəbələ"nin hücumçusu Ruslan Qurbanov bəyan edib ki, keçmiş klubu "Neftçi"nin ona borcu qalıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Müqaviləyə əsasən müəyyən məbləğdə borc qalıb. Onlarla danışmışam. Bu baxımdan heç bir problem olmayacaq. Çünki borcu ödəyəcəklərinə söz veriblər".
