Azərbaycan kuboku: 1/16 final rəqəmlərin gözü ilə
Bu həftə Azərbaycan kubokunda 2016-2017-ci illər mövsümünə start veriləcək. Azerisport.az xəbər verir ki, yarışın 1/16 final mərhələsində Birinci Divizionun 4 klubu iştirak edəcək.
Peşəkar Futbol Liqasının rəsmi internet saytı 1/16 finalda üz-üzə gələcək komandaların ölkə kubokundakı oyunlarının balansını, həmçinin bu 4 komandanın yarışdakı ümum göstəricilərini təqdim edir.
Azərbaycan kuboku
1/16 final
12 oktyabr (çərşənbə)
“Turan Tovuz” - “Bakılı” – indiyədək qarşılaşmayıblar
“Şəmkir” – “Qaradağ Lökbatan” – indiyədək qarşılaşmayıblar
1/16 finalçıların hamısı əvvəllər də ölkə kubokunda iştirak edib. Bu komandalar qarşıdakı görüşdə bəzi yubileylər qeyd edə bilər. “Şəmkir”in 70-ci, “Qaradağ-Lökbatan”in 25-ci qolu vurması mümkündüsə, sonuncuların 10-cu məğlubiyyəti və 40-ci topu buraxması da gerçəkləşə bilər. “Bakılı” və “Şəmkir” üçün heç-heçə sayca 10-cu olacaq.
klub | O | Q | H | M | T/F | X* |
Şəmkir | 46 | 21 | 9 | 16 | 69-44 | 72 |
Bakılı | 40 | 15 | 9 | 20 | 45-72 | 54 |
Qaradağ-Lökbatan | 16 | 6 | 1 | 9 | 23-38 | 19 |
Turan Tovuz | 2 | 1 | 0 | 1 | 4-4 | 3 |
*- xallar şərti olaraq hesablanıb.
