11 oktyabr 2016 12:30
Azərbaycanlılar Çexiyada bir araya gəlir
Futbol üzrə Azərbaycan yığması bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirəcəyi səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, komandamızı təxminən 100-150 azarkeş dəstəkləməlidir.
Onların arasında həm Çexiyada, həm də digər Avropa ölkələrində yaşayan həmyerlilərimiz var.
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı saat 22:45-də start götürəcək.
