11 oktyabr 2016 12:20

Ruslan Qurbanov: Çexiya yığmasından qorxmuruq

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Norveçlə ağır matçdan sonra yorğunluq qalmayıb ki?
- Doğrudan da çox ağır bir oyunu geridə qoyduq. Baş məşqçinin oyundan öncə bizə dediklərini həyata keçirmək üçün əlimizdən gələni etdik. Düzdür, baxımlı futbol oynamadıq. Amma əsas odur ki, yeganə qol imkanımızdan yaxşı yararlandıq. Ondan sonra isə hesabı qorumağa çalışdıq ki, bu da bəhrə verdi.

- Belə olan halda Çexiya ilə oyunda nəyə ümid edirsiz?
- Çexiyaya gəzməyə gəlməmişik. Yaxşı nəticə qazanmaq istəyirik. Ən azı heç-heçəyə ümid edirik. Öz gücümüzə inanırıq. Çexlər bu mövsüm qələbə qazana bilməyiblər. Buna görə də bizə qalib gəlmək üçün əllərindən gələni edəcəklər. Amma biz onlardan qorxmuruq.

- Sizcə, çexləri daha çox uğursuz start qəzəbləndirir, ya millimizin liderlər qrupunda qərarlaşması?
- Yəqin ki, özlərinin uğursuz startı. Amma Azərbaycan yığmasının liderlər qrupunda qərarlaşması da onlar üçün motivasiya ola bilər. Lakin buna layiqiksə, niyə də liderlər qrupunda olmayaq?

- İki oyunda maksimum nəticə alışmadığımız nəticədir. Bu, üzərinizdə təzyiq yaratmır?
- Bu, məni sadəcə, sevindirir. Bütün bunlar həm də Azərbaycan futbolunun inkişafda olduğunu göstərir.

- Sualı başqa cür qoyaq: autsayder kimi meydana çıxmaq daha asandır, yoxsa lider kimi? Çünki autsayder olanda səndən heç kim nəsə gözləmir. Amma lider meydana çıxanda hamı qələbə gözləyir. Bu isə səhvə yol vermək qorxusu yaradır...
- Şəxsən mənim üçün liderlər qrupunda yer alan komandanın üzvü kimi meydana çıxmaq çox xoşdur. Aydın məsələdir ki, bizdən hətta Çexiya kimi güclü rəqiblə oyunda da qələbə gözləyirlər. Bunun nəyi pisdir ki? Biz də buna hazırıq. Bu gün daha üç xal qazanmağımızın əleyhinə olmazdım.

- Yığmaya "Neftçi"dən gəlmək daha yaxşı idi, ya "Qəbələ"dən?
- Bu barədə danışmaq istəmirəm. Sadəcə, onu deyim ki, “Qəbələ”yə keçdikdən sonra məndə inkişaf var. Lakin təbii ki, öz oyunumdan razı deyiləm, çox işləməliyəm. İstəyirəm həm klub, həm də milli üçün faydalı olum.

- Bəs, sənin nizam-intizamınla nə edək? Norveçlə oyunda heç nədən sarı vərəq aldın...
- Müdafiəçini qabaqlayırdım. O isə arxadan məni vurdu və hakimə narazılığımı bildirdim. Hakim də dərhal mənə “sarı” verdi. Ötən mövsümdə yaşadıqlarımdan dərs çıxarmışam. Bu mövsüm aldığım ilk sarı vərəqə idi. Ümid edirəm ki, həm də mövsümün son vərəqəsi olacaq.

- Çexiya ilə oyunda qol vuracağına söz vermək istəmirsən ki?
- Əlbəttə, istərdim. Qol vurmaq üçün “acam”. Mənə ancaq ardıcıl qollar vurmaq lazımdır. Tənqidlər məni daha da güclü edir. Onlara öz oyunumla cavab verməli, qol vurmalıyam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.