11 oktyabr 2016 11:40
Filip Novak: Azərbaycanla oyuna pozitiv yanaşıb, qalib gəlməliyik
Çexiya yığmasının yarımmüdafiəçisi Filip Novak DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İki oyuna 1 xal bizim üçün qəbulolunmazdır. Amma biz ruhdan düşməməliyik. Növbəti matça pozitiv yanaşıb, qələbə qazanmalıyıq. Azarkeşlərimizin Azərbaycanla oyunda bizə kömək edəcəyini düşünürəm. Möhtəşəm atmosfer olacaq".
