11 oktyabr 2016 11:20
Patrik Şik: Azərbaycanın iki oyuna 6 xal yığacağını gözləmirdim
Çexiya yığmasının hücumçusu Patrik Şik DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən rəqibimizin iki oyunda 6 xal toplayacağını gözləmirdim. Bu oyunda onlara qalib gəlməliyik ki, aradakı xal fərqini azaldaq və qrup ikinciliyi uğrunda mübarizə aparaq".
