11 oktyabr 2016 11:00
Araz bu gün ilk oyununa çıxır
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, təmsilçimiz Bakı vaxtı ilə saat 19:30-da Makedoniyanın Skopye şəhərindəki Boris Trajkovski adına İdman Mərkəzində Gürcüstanın Tiflis Dövlət Universiteti komandası ilə qarşılaşacaq.
