11 oktyabr 2016 10:45
Şehiç komandasının qələbəsini kənardan izlədi
Futbol üzrə Bosniya-Herseqovina yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, bu ölkənin yığma komandası H qrupundakı üçüncü matçında Kiprlə qarşılaşıb.
Doğma meydanda baş tutan oyun bosniyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
