12 oktyabr 2016 00:38

Millimiz Çexiyadan da xalla qayıdır!

Bu gün DÇ-2018-in seçmə qrup mərhələsində 3-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan yığması da növbəti matçına çıxıb.

Robert Prosineçkinin çalışdırdığı komandamız səfərdə Çexiyanın qonağı olub. Keçirdiyi ilk oyununda səfərdə San Marinoya, doğma meydanda Norveçə eyni hesabla (1:0) qalib gələn millimiz bu uğurlu çıxışını Ostravadakı görüşdə də davam etdirməyi hədəfləmişdi. Millimiz üçün bu çətin səfər matçında hətta heç-heçə də uğurlu nəticə hesab olunacaqdı. Komandamız ilk dəfə xal itirdiyi bu oyunda qələbə qazana bilməsə də, hər halda heç-heçəyə imza atmağı bacarıb. Nəticədə, komandamız qrupda ikinci pillədəki mövqeyini qoruyub. 

Qeyd edək ki, bu gün yığmamızın yer aldığı qrupda daha iki oyun keçirilib. Qrup lideri Almaniya Şimali İrlandiyanı, Norveç isə San Marinonu qəbul edib. Almanlar 2:0, millimizin bir neçə gün öncə məğlub etdiyi Norveç isə 4:1 hesabıyla qalib gəlib.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu

11 oktyabr

Çexiya - Azərbaycan - 0:0 (0:0)
Sarı vərəqə: N.Ələsgərov, 35. V.Kadleç, 58. R.Şeydayev, 90+1.
Baş hakim: Matey Yuq (Sloveniya).
Ostrava. "Vitkovitse" stadionu.

Çexiya: 1. Tomaş Vatslik, 3. Lukaş Droppa, 3. Teodor Gebre Selassie, 5. Yakub Brabeç, 6. Tomaş Sivok (k), 9. Borek Doçkal, 10. Jiri Skalak (7. Yaromir Jmrhal, 74), 14. Vatslav Kadleç, 15. Yan Sikora, 19. Ladislav Kreyçi (11. Milan Petrjela, 64), 22. Patrik Şik (21. Milan Şkoda, 66).
Ehtiyat oyunçular: 16. Tomaş Kubek, 23. Jiri Pavlenka, 2. Pavel Kaderabek, 8. Filip Novak, 17. Marek Suşi, 18. Tomaş Horava, 20. Matey Vidr.
Baş məşqçi: Karel Yarolim.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namiq Ələsgərov (18. Ağabala Ramazanov, 71), 10. Ruslan Qurbanov (7. Araz Abdullayev, 87), 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev (k), 20. Ramil Şeydayev (8. Eddi İsrafilov, 90+1), 21. Arif Daşdəmirov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 15. Ruslan Abışov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 22. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.

1Almaniya330080+89
2Azərbaycan321020+27
3Ş.İrlandiya311142+24
4Norveç310245–13
5Çexiya302103–32
6San Marino300319–80

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.