11 oktyabr 2016 01:00
Zenyov oynadı, Estoniya məğlub oldu
Futbol üzrə Estoniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, bu ölkənin yığma komandası H qrupundakı üçüncü matçında Yunanıstanı qəbul edib.
Qarşılaşma estonların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Estoniya yığmasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
