11 oktyabr 2016 00:25
Kvekveskiri Qəbələyə Sent-Etyenlə oyunda da kömək edə bilməyəcək
"Qəbələ"nin xeyli müddətdir zədəli olan yarımmüdafiəçisi Nika Kvekveskiri tezliklə sıraya dönəcək. Azerisport.az xəbər verir ki, gürcü futbolçu oktyabrın 13-də "Qəbələ"nin düşərgəsinə qayıdacaq.
Ayın 15-dən etibarən isə Nikanın fərdi məşqlərə başlaması gözlənilir. Yarımmüdafiəçinin formasını bərpa etməsi bir müddət vaxt alacaq. Bu üzdən də Kvekveskiri komandasına Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"i ilə oyun da daxil olmaqla, qarşıdakı bir neçə görüşdə kömək edə bilməyəcək.
Qeyd edək ki, "Qəbələ"nin "Sent"-Etyen"lə ilk oyunu oktyabrın 20-də səfərdə baş tutacaq.
