11 oktyabr 2016 00:15
Elxan Abdullayev: Bizi Çexiyada çox çətin və ciddi oyun gözləyir
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi Çexiyada nə gözləyir? Çox çətin və ciddi oyun. Rəqib səviyyəli komandadır. İki turdan sonra cəmi 1 xalının olması bu komandanın zəif olmasından xəbər vermir. Çünki güclü komandalarla qarşılaşıblar. Rəqibi qiymətləndirməliyik, oyuna çox ciddi yanaşmalıyıq. Norveç üzərindəki qələbədən sonra uşaqlarla söhbət etmişik ki, eyforiyaya qapılmasınlar. Prinsipcə, uşaqlar qarşıdakı matçın önəmini anlayırlar. Layiqli mübarizə aparmalıyıq".
