10 oktyabr 2016 23:15
Məhəmməd Mirzəbəyov: Xal və xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün Ostravada baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bizi asan olmayacaq oyun gözləyir. Çexiyanın necə güclü komanda olduğunu bilirik. Onların Almaniyaya böyük hesablı məğlubiyyəti də heç nəyi dəyişmir. Hücumda çox yaxşı pressinq edirlər. Buna baxmayaraq, sabah xal və xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hər qələbə bizdə özünəinamı daha da artırır. Birinci yer uğrunda mübarizə aparmaq heç də asan məsələ deyil. Çünki qrupumuzda çox güclü komandalar var".
