10 oktyabr 2016 20:50
Ladislav Kreyçi: Azərbaycanın yüz faizlik nəticəsi rəqibin gücündən xəbər verir
Futbol üzrə Çexiya yığmasının hücumçusu Ladislav Kreyçi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, oyundan öncə təşkil olunmuş mətbuat konfransında o, bunları söyləyib:
"Sabahkı oyun tsikldəki ən vacib görüşlərimizdən biridir. Qələbə qazanmalıyıq. Artıq xeyli xal itirmişik. Azərbaycanın əvvəlki oyunlarında yüz faizlik nəticəsi bu komandanın necə güclü olmasından xəbər verir. Üzərimizdə təzyiq hiss etmirəm. Sadəcə, qələbə qazanmaq, xal ehtiyatımızı yaxşılaşdırmağımız lazımdır. Rəqib yaxşı müdafiə olunur və təhlükəli əks-hücumlar qurur. Sabah xal itirsək, qrupdan çıxmaq şanslarımız azalacaq".
