10 oktyabr 2016 20:00
Kəpəz İnterə qalib gəldi
Premyer Liqada yaranmış fasilədən istifadə edən "Kəpəz" bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Gəncə klubu Bakıda "İnter"in əvəzedici komandası ilə qarşılaşıb.
"İnter Arena"da keçirilən oyunda qapılara 6 qol vurulub. Sonda meydanı qələbə ilə tərk edən isə "Kəpəz" olub - 4:2. Gəncəlilərin heyətində Serjinyo, Dario Federiko, Nicat Qurbanov və Kərim Diniyev fərqlənib. "İnter"in qollarını isə Murad Qayalı və Əlibəy Məmmədli vurub.
