10 oktyabr 2016 19:00
Millimiz Polşaya böyük hesabla uduzdu
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, Polşa komandası ilə qarşılaşan yığmamız 0:4 hesabı ilə məğlub olub.
Xatrıladaq ki, millimiz ilk oyunda Macarıstana da 0:3 hesabıyla uduzmuşdu.
Komandamız turnirdə son oyununu oktyabrın 13-də Estoniya yığmasına qarşı keçirəcək.
