10 oktyabr 2016 18:20
Qəbələnin Fransaya səfər planı bəlli oldu
Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində səfərdə Fransanın "Sent-Etyen" klubu ilə qarşılaşacaq "Qəbələ"nin bu ölkəyə səfər planı müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız Fransaya oktyabrın 18-də axşam saatlarında yola düşəcək.
Qeyd edək ki, "Sent-Etyen" - "Qəbələ" matçı oktyabrın 20-də keçiriləcək və saat 23:05-də start götürəcək.
