10 oktyabr 2016 17:30

Eddi İsrafilov: Çexiyaya səfərdə qalib gələ bilərik

Futbol üzrə Azərbaycan yığmasının və İspaniyanın "Kadis" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı oyun ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.

- Çexiyaya hansı əhval-ruhiyyədə gəlmisiz?
- Şübhəsiz ki, Norveç üzərindəki qələbədən sonra komandamızda atmosfer çox yaxşıdır. Seçmə mərhələyə uğurlu start verməyimiz komandada özünəinamı daha da artırır. Adətən, belə hallarda növbəti oyunlara hazırlaşmaq daha asan olur. Bu tempdə də davam etmək istəyirik.

- Norveçə qarşı sərgilədiyiniz oyundan razı qaldınız?
- Mən ayrıca öz oyunuma qiymət vermək istəmirəm. Amma komandamız meydanda hər şeyi düz etdi. Sona qədər çalışdıq. Meydandakı hər futbolçu yaxşı təsir bağışladı. Hər halda başqa cür Avropanın az qala ən yaxşı komandalarından birinə qalib gələ bilməzdik.

- Azarkeşlərin də Bakıdakı oyuna marağı az deyildi. Onların dəstəyi barədə nə deyə bilərsiniz?
- İtaliya ilə oyunda Bakı Olimpiya Stadionuna daha çox azarkeş toplaşmışdı. Amma bu dəfə rəqibin statusunu nəzərə alsaq, heç də az azarkeş olmadığını demək lazımdır. Bizi yaxşı dəstəklədilər. Əminliklə demək olar ki, onlar bu dəfə İtaliyaya azarkeşlik etməyə yox, bizi dəstəkləməyə gəlmişdilər.

- Uğurlu seriyanı Çexiya ilə oyunda da davam etdirmək mümkün olacaq?
- Çexiyanı səfərdə məğlub etmək olar. Buna inanıram.

- Çexlərin iki turdan sonra bir dənə də qələbəsi yoxdur. Sizcə, belə bir rəqibə onların meydanında qalib gəlmək olar?
- İstənilən halda meydana qələbə üçün çıxacağıq. Sizə meydana heç-heçə üçün çıxacağımızı deyə bilmərəm ki. Necə alınacaq, oyunun sonunda görəcəyik.

- Adətən, Azərbaycan yığması 3 günlük fasilə ilə keçirdiyi oyunların ikincisində həmişə zəif çıxış edir. Yorğunluq olmayacaq?
- Artıq bu tempdə oynamağa alışmaq zamanıdır. İlk dəfə deyil ki, belə oynayırıq. Yorğunluq oyunumuza təsir etməməlidir. Bərpa olunmaq üçün vaxtımız var.

- Turnir cədvəlinə baxmısınız?
- Cəmi iki oyun keçirmişik. İndidən hansısa nəticə çıxarmaq tezdir. Mən bunun tərəfdarı deyiləm.

- "Kadis"in İspaniya çempionatındakı işləri niyə heç də yaxşı getmir?
- Düzdür, mövsümün sonunda yer almaq istədiyimiz mövqedə deyilik. Amma hər şey o dərəcədə pis də deyil. Hələ mövsümün əvvəlindəyik. Bundan sonrakı oyunlarımızda vəziyyəti yaxşılaşdırmağa çalışacağıq.

- Növbəti mövsümdə sizi komandanızla birgə La Liqada görə biləcəyik?
- Bu barədə hələ dəqiq heç nə deyə bilmərəm. İspaniyanın ən güclü liqasında oynamağı mən də istəyirəm. Amma hazırda ikinci liqada çıxış edən "Kadis"dəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.