10 oktyabr 2016 16:30
Millimizlə oyun öncəsi Çexiya yığmasında itki
Futbol üzrə Çexiya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəyi oyuna Ostrava şəhərində hazırlaşmağa davam edir. Azerisport.az xəbər verir ki, Almaniyaya qarşı üç gün öncəki matçı zədə səbəbindən buraxmalı olan hücumçu Milan Şkoda komanda ilə məşqlərə başlayıb.
Əvəzində İrji Skalakanın Azərbaycanla oyunda iştirakı sual altına düşüb. O, almanlarla görüşdən öncə yüngül zədə alsa da, həmin qarşılaşmanın ikinci hissəsində meydana çıxmışdı. David Pavelkanın isə yığmamıza qarşı oynamayacağı dəqiqdir. O, sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı sabah Ostravadakı "Viktovitsa" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
