10 oktyabr 2016 15:30
Tomaş Sivok: Ümid edirəm ki, Azərbaycanla oyun da Serbiya ilə matç kimi yaxşı alınacaq
Çexiya yığmasının müdafiəçisi Tomaş Sivok DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sonuncu dəfə Ostravada keçirdiyimiz oyunda Serbiyaya 4 qol vurmuşduq (4:1). Həmin matçda oyunumuz çox yaxşı alınmışdı. Ümid edirəm ki, sabah Azərbaycana qarşı keçirəcəyimiz oyun da elə alınacaq. İlk dəqiqələrdən öz oyunumuzu sərgiləməyi bacarsaq, azarkeşlərin də güclü dəstəyi olsa, bunun bizə köməyi olar. Azarkeşlərimiz bu oyunda bizim üçün çox vacibdir. Onlar yanımızda olanda bizim üçün daha asan olur".
