Ahmet Çakar Azərbaycan yığmasının uğurundan danışdı
Türkiyəli məşhur futbol mütəxəssisi Ahmet Çakar bu ölkənin yığma komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə İslandiyaya 0:2 hesablı məğlubiyyətini şərh edərkən, millimizin çıxışına da toxunub. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"5-6 il öncə biz Malta, Moldova, Azərbaycan kimi yığmaları qiymətləndirmirdik. Aman tanrım, qardaş Azərbaycanın altı xalı var! Onlar son oyunda Norveçə qalib gəliblər. Hansı ki, Norveç bizim qrupdakı Ukrayna və İslandiya ilə bərabər gücdə olan komandadır. Norveç sizin üçün kənd komandası deyil. Son dövrlərə qədər qiymətləndirmədiyimiz Azərbaycandan olan qardaşlarımızın indi nəfəsini hiss edirik".
Qeyd edək ki, A.Çakar Türkiyə yığmasının baş məşqçisi Fatih Terimi də çox sərt tənqid edib. Onun xüsusilə "Tvitter"də yazdığı "İslandiyanın ən yaxşı oyunçusu Fatih Terimson" paylaşımı az qala bütün dünya mətbuatının gündəminə düşüb.
