Elxan Abdullayev: Onlarla qışa kimi müqavilə bağlayacağıq
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev komandaya yeni dəvət etdikləri futbolçular barədə fikirlərini söyləyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Dekabra qədər gözləmək itkidir. Bizdə heyətlə bağlı ciddi problmlər var. Qapıçı Boban Baykoviç, yarımmüdafiəçi Aleksandr Fertov və Enrike Pessalli azad agent statusu daşıyır. Aydın məsələdir ki, onlar bir müddətdir oynamırlar. Hərəsinin öz səbəbi var. Amma hər biri təcrübəli futbolçudur. Fertov yığmada 35 oyun keçirib və zəif futbolçu ola bilməz. Təcrübəli futbolçudur. Pessalliyə gəlincə, o, Fransa çempionatında çıxış edib. Baykoviç "Srvena Zvezda"da 100-dən çox oyun keçirib. O, pis qapıçı ola bilməz. Əlbəttə, çatışmazlıqları var. Bu oyunçularla müqavilə bağlasaq, müddəti qışa kimi olacaq. Komandada qalmaları üçün isə özlərini göstərmələri lazımdır. Onlarda bunun üçün motivasiya olacaq. Özlərini göstərə bilməsələr, qışda ayrılacağıq. Hələ ki, onları şəxsən iş başında görməmişəm. Bunun üçün millinin toplanışının başa çatması lazımdır".
