10 oktyabr 2016 12:00
Toğrul Erat üçün 90 dəqiqə
Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat Almaniyanın "Duysburq" klubunda növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, o, "Uerdingen"lə qarşılaşmanın iştirakçısı olub.
Qarşılaşma futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat 90 dəqiqə mübarizə aparıb.
