10 oktyabr 2016 11:30
Prosineçki Çexiyada jurnalistlərlə görüşəcək
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Çexiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqinin və baş məşqçinin mətbuat konfransının vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin mətbuat konfransı bu gün saat 20:15-də start götürəcək.
Saat 20:45-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq başlayacaq.
Mətbuat konfransı və açıq məşq Ostrava şəhərindəki "Vitkovice" stadionunda keçiriləcək.
Tədbirlərin başlama saatı Çexiya vaxtı ilə göstərilib.
